ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Davosda Sülh Şurasının təsis mərasimi keçirilib.
"Yeni Sabah" xəbər verir ki, mərasim Trampın iştirakı ilə baş tutub.
Trampla yanaşı, təsis sənədlərini Azərbaycan, Argentina, Ermənistan, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Qətər, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Paraqvay, Səudiyyə Ərəbistanı, Türkiyə, Özbəkistan və özünü elan etmiş Kosovo Respublikasının hökumət nümayəndələri imzalayıblar.
Mərasim Ağ Evin veb saytında canlı yayımlanıb.
Trampın təşəbbüsü ilə yaradılan Şura təsis sənədlərinin imzalanmasından sonra rəsmi beynəlxalq təşkilata çevrilib.
Telegram kanalımız