"“Qarabağ” komandası möcüzəvi və tarixi qələbə qazandı. Oyunda, təbii ki, hakim haqsızlığı çox oldu. Bizim də lehimizə əlavə iki penalti olmalı idi. Hakim onu vermədi".
Bunu Redaktor.az-a idman jurnalisti Ağa Dadaşzadə "Qarabağ"ın "Ayntraxt" üzərindəki qələbəsindən və oyundaki hakim haqsızlığından danışarkən bildirdi.

"Problemlər oyundan öncə başlamışdı. Hakimin qərarlarını, mən deyərdim ki, qərəzli adlandırmaq olmaz, sübutumuz yoxdur. Amma rəqibə qarşı simpatiyası açıq-aşkar hiss olunurdu. Bu da belə bir vacib matçda “Qarabağ” komandasının birbaşa ziyanına işləyə bilərdi. Amma futbolçuların göstərdiyi peşəkar davranışları, oyunun gedişatını nəzarətdə saxlamaları bizim xeyrimizə oldu.
Bəli, hakim bizə qarşı nöqsanlara, səhvlərə yol verdi. Belə bir vacib oyunda hakimin səhvə yol verməsi qəbuledilməzdir. Burada bir komandanın taleyi həll olunur, hakimlərin belə səhvlərə yol verməsi, artıq UEFA Hakimlər Komitəsi tərəfindən ciddi araşdırılmalıdır", - deyə o vurğuladı.
Aytəkin TOFİQQIZI