AZ

“Rəsmi Pekin Çindən bəhanə kimi istifadəyə qarşıdır” - Qo Szyakun

Yazını böyüt
Yazını kiçilt

“Rəsmi Pekin əsassız ittihamlara və öz eqoist maraqlarını həyata keçirmək üçün Çindən bəhanə kimi istifadəyə qarşıdır”.

Hafta.az yazır ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qo Szyakun bu gün Qrenlandiya ilə bağlı son hadisələri şərh edərkən deyib.

Qo Szyakun bildirib ki, "Çin həmişə ölkələr arasında münasibətlərin idarə olunması zamanı BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət edilməli olduğunu bildirib".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dünən NATO-nun baş katibi Mark Rutte ilə danışıqların Qrenlandiya və daha geniş Arktika regionu ilə bağlı "gələcək razılaşma üçün çərçivə" yaratdığını açıqlayıb.

NATO sözçüsü bildirib ki, Danimarka, Qrenlandiya və ABŞ arasında danışıqlar Rusiya və Çinin Qrenlandiyada heç vaxt iqtisadi və ya hərbi mövqe tutmamasını təmin etmək üçün irəliləyəcək.

Qo Szyakun cavab olaraq qeyd edib ki, "Çin təhdidi tamamilə əsassızdır".

Seçilən
125
hafta.az

1Mənbələr