Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Qobu Park” yaşayış kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Hafta.az-a bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğının genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 70 kvadratmetr olan üçotaqlı mənzilin mətbəx mebelinin 3 paqonmetr hissəsi, soyuducu və paltaryuyan maşın qismən yanıb.
Mənzil yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.