AZ

“Airbus” təyyarə istehsalında robotlardan istifadə edəcək


“Airbus” şirkəti Çinin “UBTech Robotics” şirkəti ilə gələcəkdə təyyarə istehsalında istifadə etmək üçün insanabənzər robotların alınması barədə müqavilə imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, müqavilədə şirkətin boyu 176 santimetr olan “Walker S2” robotlarını alması nəzərdə tutulub.
Robot çoxfunksiyalı manipulyator və texniki görmə sistemi ilə təchiz olunub ki, bu da onun insan kimi hərəkət etməsinə və ətrafı “dərk etməsinə” imkan verir.
Nəşrin məlumatına görə, bundan əlavə, robotlar 15 kiloqrama qədər yük daşıya bilir.
Nəşrin fikrincə, belə bir razılaşma Çinin insanabənzər robotların istifadəsində lider mövqe tutmaq istəyini nümayiş etdirir.
Seçilən
27
2
yeniavaz.com

3Mənbələr