AZ

Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə Ermənistanla normallaşma prosesini müzakirə edib

22 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin müavini Radmila Şekerinskanı qəbul edib.

Aznews.az xəbər verir ki, XİN-dən verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə NATO arasında tərəfdaşlıq çərçivəsində mövcud əməkdaşlıq gündəliyi və perspektivləri, tərəfdaşlıq mexanizmləri çərçivəsində görülən işlər, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər Azərbaycanla NATO arasında əməkdaşlığın əhəmiyyətini qeyd edərək, mövcud tərəfdaşlıq çərçivəsində həyata keçirilən dialoq və qarşılıqlı fəaliyyətin regional təhlükəsizliyə müsbət töhfə verdiyini bildiriblər. Azərbaycanla NATO arasında minasızlaşdırma, kiber təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Ölkəmizin NATO-nun sülhə dəstək üzrə əməliyyat və missiyalarında iştirak təcrübəsi, Əfqanıstanda proseslərə yaxından dəstəyi, müdafiə sahəsində islahatlar, uyarlılığın təmin olunması sahəsində görülən işlər təqdir olunub. Ötən ilin noyabr ayında NATO üzv ölkələrinin daimi nümayəndələrindən ibarət missiyanın ölkəmizə səfəri məmnunluqla xatırlanıb.

Seçilən
5
32
aznews.az

7Mənbələr