Xəbər verdiyimiz kimi, "Səkkiz" serialının quruluşçu rejissoru və baş rol ifaçısı Hikmət Rəhimov serialınının yayımnını dayandırıldığını bildirmişdi.
Milli.Az xəbər verir ki, aktyor ekran işinin yayımının bərpa olunduğunu deyib:
"Şükür "Səkkiz" qayıtdı.Yayımı bərpa olundu. Dövlət həm yaradıcı heyətə,həm tamaşaçıların maraq və istəklərinə müsbət cavab verdi. Buna görə həm öz adımdan,həm yaradıcı heyətə adından onlara təşəkkürümüzü bildiririk. Ədalətli qərar verən, Azərbaycan kino və serialının inkişafını dəstəkləyən hər kəsə sonsuz minnətdarıq. Qoyulan hər bir senzura qadağası incəsənətin inkişafına maneə olan amildir. Biz bütün qanunlara hörmətlə yanaşırıq.
Bu yolda mənə ilk gündən inanan və bu işi həyata keçirmək üçün şərait yaradan, hər bir halda məni dəstəkləyən prodüser İslamAğaya təşəkkürümü bildirirəm.
Televiziyada "Səkkiz"in ikinci bölümü nümayiş olunacaq. Sonda hər şey üçün Allaha sonsuz təşəkkürlər".
Musa
Milli.Az