“Saathesabı əməkhaqqıya keçid layihəsi hazırda hökumətə təqdim olunub və müzakirə mərhələsindədir”.
Oxu.Az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanda saathesabı əmək müqaviləsinə ilkin mərhələdə natamam və biraylıq əmək müqaviləsi ilə işləyənlərin keçidi planlaşdırılır.