AZ

Tramp potensial varislərini açıqladı


2028-ci il ABŞ prezident seçkilərində artıq namizədlər var, lakin vəziyyət dəyişə biləcəyi üçün hər hansı bir konkret namizədi müəyyən etmək hələ tezdir.
Yeniavaz.com
xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu “NewsNation” telekanalına verdiyi müsahibədə bildirib.
O, Respublikaçılar Partiyasında vəzifəyə namizəd ola biləcək çox istedadlı insanlar olduğunu qeyd edib.
“Şübhəsiz ki, yaxşı “namizədlər skamyamız” var. Biz çox istedadlı insanlara sahibik”, - Ağ Ev rəhbəri əlavə edib.
Siyasətçi vitse-prezident Ceyms Devid Vensi və dövlət katibi Marko Rubionu xüsusi olaraq qeyd edib.
Tramp həmçinin potensial varislər arasında Maliyyə naziri Skott Bessentin də adını çəkib.
Seçilən
116
24
yeniavaz.com

10Mənbələr