AZ

MBDA şirkəti Bundesverdən əlavə “Meteor” sifarişi alıb

MBDA şirkəti Almaniya Silahlı Qüvvələrinə (Bundesver) əlavə “Meteor” raketləri tədarük edəcək.

“Poliqon” MBDA-ya istinadən xəbər verir ki, bunun üçün şirkət Bundesverin Avadanlıqlar, İnformasiya Texnologiyaları və Xidmətdə Dəstək Federal İdarəsindən (BAAINBw) sifariş alıb.

Görmə məsafəsindən kənar “hava-hava” raketi olan “Meteor”, INS və radio korreksiyalı aktiv radiolokasiya özütuşlama başlığı ilə təmin olunub. Raket hədəfə uçuş boyu 4.5 Mach sürəti saxlayan marş reaktiv mühərriki ilə təchiz edilib ki, bu da ona bütün trayektoriya boyunca yüksək uçuş sürətini saxlamağa imkan verir, o cümlədən raket hücumunun infraqırmızı izini artırır. Bununla belə, “Meteor” raketi həm uçuş zamanı, həm də hədəfə yaxınlaşma anında “ağıllı” imkanları ilə seçilir. Raket 60 km maksimal effektiv, 110 km orta effektiv, 200 km maksimal uçuş məsafələrinə malikdir. Raketin ballistik məsafəsinin 250-300 km olduğu təxmin edilir.

Bu günə qədər “Meteor” raketi JAS-39 “Gripen”, “Rafale”, “Eurofighter Typhoon” və KF-21 “Boramae” qırıcılarına inteqrasiya olunub. Hazırda raketin F-35 qırıcılarına inteqrsiyası ilə bağlı işlər aparılır.

Seçilən
18
poliqon.az

1Mənbələr