AZ

İşəgötürənlər 9 300 manat məbləğində cərimə olunub

2025-ci ildə qayda pozuntularına görə işəgötürənlər ümumilikdə 9300 manat məbləğində cərimələnib.

"Cebheinfo.az" xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, ötən il qeydə alınan pozuntulara görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında işəgötürənlərə ümumilikdə 9300 AZN məbləğində inzibati cərimə tətbiq edilib:

"Dövlət orqanlarından daxil olmuş materialların araşdırılması zamanı 6 halda 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi, bir halda isə uşaqların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yaradan işlərə cəlb edilməsi faktı aşkarlanıb".

"Cebheinfo.az"

Seçilən
85
1
cebheinfo.az

2Mənbələr