Yanvarın ortasında baş vermiş G4 səviyyəli güclü maqnit qasırğası 42 saat davam edib və başa çatıb.
QHT.az xəbər verir ki, bu, X sinifli güclü günəş partlayışı nəticəsində baş verib və qısa dalğa radio rabitəsində, peyk və naviqasiya sistemlərində pozuntulara səbəb olub. Rusiyanın və Avropanın şimal bölgələrində, bəzən isə orta enliklərdə qütb işıqları müşahidə olunub. 19 yanvar gecəsi isə S4 səviyyəli radiasiya fırtınası qeydə alınıb — XXI əsrin ən güclüsü. İnsanların çoxu bunu hiss etməsə də, mетеoəlaqəli şəxslərdə baş ağrısı, təzyiq və yuxu pozuntuları ola bilərdi. Peyklər üçün isə əlavə radiasiya yükü müşahidə olunub, lakin ciddi problemlər yaranmayıb.