Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Vəli Quliyev 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında distant (məsafədən) iş rejimində çalışanların əmək hüquqları ilə bağlı məsələyə aydınlıq gətirib.Xidmət rəisi Metbuat.az-ın müxbirinin sualını cavablandırarkən məsafədən çalışan işçilərin sosial təminatlarının qanunla qorunduğunu vurğulayıb: “Distant iş sistemində çalışanların əməkhaqqı və məzuniyyət məsələsi qanunvericilikdə tənzimlənir. Bu halda işəgötürənin işçinin əməkhaqqı məbləğinin kəsilməsi, məzuniyyət haqqının verilməməsi və ya digər öhdəliklərdən azad edilməsi müzakirə mövzusu deyil. Qanunla bu məsələ tənzimlənir”.Vəli Quliyev həmçinin əlavə edib ki, iş rejiminin formasından asılı olmayaraq, işəgötürənlər Əmək Məcəlləsi ilə müəyyən edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludurlar.Gülbəniz Hüseynli / Metbuat.az