
Afrika Futbol Konfederasiyası (CAF) Afrika Millətlər Kuboku üçün simvolik heyətini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat konfederasiyanın rəsmi saytında öz əksini tapıb.
Siyahıda ən çox kubokun sahibi Seneqal futbolçuları yer alıb.
Simvolik heyəti təqdim edirik:
Qapıçı: Yassin Bunu (Mərakeş).
Müdafiəçilər: Mussa Nyakate (Seneqal), Kelvin Beyssi (Nigeriya), Nussayr Mazraui, Aşraf Hakimi (hər ikisi Mərakeş).
Yarımmüdafiəçilər: İdrissa Qeye, Pap Qeye (hər ikisi Seneqal), Ademola Lukman (Nigeriya).
Hücumçular: Sadio Mane (Seneqal), Brahim Dias (Mərakeş), Viktor Osimxen (Nigeriya).
Qeyd edək ki, Seneqal ikinci dəfə Afrika Millətlər Kubokunun qallibi olub. Belə ki, Seneqal Afrika Millətlər Kubokunun final matçında əlavə vaxtda vurulan qolla Mərakeşi 1-0 hesabı ilə məğlub edib. Həlledici qolu 94-cü dəqiqədə Pap Qeye vurub.