Bakı. Trend:
2025-ci il ərzində vergi orqanlarına 435 838 müraciət daxil olubki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faizazdır.
Trend bu barədəİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadənxəbər verir.
Məlumata görə, müraciətlərin 94,7 faizi ərizə, 5,2 faizişikayət, 0,1 faizi isə təkliflərdən ibarət olub. Daxil olmuşmüraciətlərdən 97,9 faizinin baxılması hesabat dövründə başaçatdırılıb, 2,1 faizi hazırda icradadır. Baxılması başa çatdırılmışmüraciətlərdən 55,3 faizi həll olunub, 42,5 faizi barədə müvafiqizahat verilib digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlərgörülüb.
Daxil olmuş faktiki şikayətlərdən 7.647-si həll edilib. Bunlar,əsasən, kameral vergi yoxlamaları, vergi ödəyicilərinin qeydiyyatı,sosial sığorta ödənişləri, maliyyə sanksiyalarının silinməsi, şəxsihesab vərəqələri, vergi borcu, vergi orqanı əməkdaşlarının hərəkəti(və ya hərəkətsizliyi), operativ vergi nəzarəti tədbirləri, risklivergi ödəyicisi hesab edilməməsi və digər məsələlərlə bağlıolub.
2025-ci il ərzində Dövlət Vergi Xidmətinin Aparatında müvafiqvəzifəli şəxslər tərəfindən ümumilikdə 707, o cümlədən şəhid ailəsivə müharibə iştirakçısı olan 47 vətəndaşın qəbulu təşkil edilib.Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşlarınqanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.