AZ

1 il ərzində əməyin təhlükəsizliyi sahəsində təsdiq edilmiş dövlət standartlarının sayı 167-yə çatdırılıb

Bakı.Trend:

Milli standartlaşdırma üzrə Dövlət Proqramına uyğun olaraq“Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında” millitexniki reqlament layihəsi hazırlanıb və 478 istinad standartımüəyyən edilib.

Trend xəbərverir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisiVəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrəgördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilənmətbuat konfransında çıxış edərkən deyib.

Qurum rəsmisi qeyd edib ki, AZSTAND/TK21 Texniki Komitəsiçərçivəsində 110 yeni dövlət standartıqəbul olunub və bununla da2024-2025-ci illər ərzində əməyin təhlükəsizliyi sahəsində təsdiqedilmiş dövlət standartlarının sayı 167-yə çatdırılıb.

“Hazırda bu istiqamətdə işlər ardıcıl şəkildə davam etdirilir.Onu da diqqətinizə çatdırım ki, Azərbaycanda əməyin sağlamlığı vətəhlükəsizliyi sahəsində ilk qəbul edilmiş dövlət standartı AZS ISO45001 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi.Tələblər və tətbiq üzrə izahlar” dövlət standartıdır”, - deyə VəliQuliyev əlavə edib.

Məqalədə:
Seçilən
22
az.trend.az

1Mənbələr