Bakı, 22 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) media və təhsil sahələri arasında əməkdaşlığın inkişafına töhfə verəcək xüsusi auditoriyasının açılış mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitet və agentliyin rəhbərliyi, müəllim və tələbələr iştirak edir.
Yeni auditoriya media sahəsində peşəkar kadr hazırlığının gücləndirilməsinə xidmət edəcək.