AZ

Qurbanov həmin işarənin səbəbini izah etdi

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Frankfurt “Ayntraxt”ı üzərində qazanılan tarixi qələbə zamanı yaddaşlara həkk olunan o məşhur hərəkətinə aydınlıq gətirib.

Gununsesi.info  xəbər verir ki, təcrübəli mütəxəssis həmin işarəni oyunun gedişatında olan epizod kimi dəyərləndirib.

“Əvvəlki kornerlərdə “Ayntraxt” öndə oyunçu saxlamırdı. Amma sonuncu kornerdə öndə 2 oyunçu mərkəzdə qaldı. Ona görə Aleksey Kaşuk və Elvin Cəfərquliyev arxaya keçdi. Risk olmasın deyə Bikalyonu geri çağırdım ki, sığortalasın. Amma bunu düşünməmişdim”.

Qeyd edək ki, oyunun 90+2-ci dəqiqəsində baş məşqçi Qurban Qurbanovun texniki zonadan verdiyi taktiki göstəriş matçın nəticəsində həlledici rol oynayıb.

Q.Qurbanov həmin epizodda Pedro Bikalyoya “geri qayıt” işarəsi verərək, oyunçunun mövqeyini tənzimləyib. Kornerdən gələn top məhz Bikalyonun qarşısına düşüb və hücumun davamında Bəhlul Mustafazadə qələbə qolunu rəqib qapısından keçirib. (qafqazinfo)

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
167
3
icma.az

7Mənbələr