Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin DavosdaDünya İqtisadi Forumu çərçivəsində “Avrasiyanın iqtisadiözünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasındavə “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi“ adlı tədbirdə söylədiyifikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Avropanın müxtəlif ölkələrinin,Rusiyanın və ərəbdilli ölkələrin media orqanları AzərbaycanPrezidentinin “Avrasiyanın iqtisadi özünəməxsusluğununmüəyyənləşdirilməsi” mövzusunda panel iclasındakı çıxışınaistinadən məqalələr hazırlayıblar. Məqalələrdə ilk növbədəErmənistan və Azərbaycan arasında artıq arxada qalmış müharibədənsonra regionda yaranmış yeni reallıqlar, iki ölkə arasında gələcəyəyönəlmiş baxışlar diqqət mərkəzində dayanıb.

Türkiyənin “Anadolu“, “İhlas“ xəbər agentlikləri, Rusiyanın“Kommersant“, “Komsomolskaya pravda“, “Vedomosti“, “Vesti“,“Qazeta“ qəzet və portalları, “TASS“ xəbər agentliyi, ərəbdilli“lebanon24“, “Al bayader“ portalları” Prezident İlham Əliyevinçıxışına istinadla Azərbaycanın və Ermənistanın müharibə fəslinibağladığını qeyd ediblər. Dövlətimizin başçısı qeyd edib ki, otuzil əziyyət çəkmiş ölkənin lideri olaraq lazımi vaxtda dayanmaqolduqca məsuliyyətli və vacib qərar idi. Sonsuz müharibələr dahaçox əziyyət və qurbanlar ilə nəticələnəcəkdi. “Beləliklə, müharibəheç vaxt bitməyəcəkdi. Kimsə bunu dayandırmalı idi və biz buna sonqoymaq qərarına gəldik. Bəli, həmin fəsli bağlamaq və sülh üçünimkanları görməklə bağlı qərar Azərbaycan və Ermənistanliderlərinin birgə qərarı idi”, - deyə Azərbaycan Prezidentivurğulayıb.
Qeyd olunur ki, Azərbaycan Prezidenti çıxışında beynəlxalqtəşkilatların fəaliyyətindən də danışıb: “Beynəlxalq vasitəçilikləbağlı bütün ümidlərimiz tam alt-üst oldu. Ali beynəlxalq qurum -Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasıərazilərimizdən erməni qoşunlarının çıxarılmasını tələb edən dördqətnamə qəbul etdi. Onlar kağız üzərində qaldı. ATƏT və digərbeynəlxalq təsisatlar çoxsaylı qətnamələr qəbul etdilər. Onlarınheç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Bizözümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizivə ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nailolduq”.
Dövlətimizin başçısı qeyd edib ki, bu gün sülhün faydasıəməkdaşlığın başlanmasında əks olunur. Azərbaycan Qazaxıstandan vəRusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütünməhdudiyyətləri aradan qaldırıb. Azərbaycandan Ermənistana neftgöndərilib.
Məqalələrdə xüsusilə vurğulanıb ki, Azərbaycan və Ermənistanarasında bu addım regionda sabitliyin və əməkdaşlığıngücləndirilməsi üçün vacib dönüş nöqtəsidir və bunun bu mötəbərforum çərçivəsində Avrasiyaya həsr olunmuş toplantıda ifadəolunması mühüm əhəmiyyət kəsb edir.
“gulfpress.net“, “inkl.com“, “indexbox.io“, “alsaudiapress.com“portalları isə Azərbaycan Prezidentinin Davosda beynəlxalq hüquq,Avropanın enerji təhlükəsizliyi və enerji təchizatının geosiyasiaspektləri barədə fikirlərinə yer ayırıblar. Qeyd edilib ki,Avropanın enerji təchizat mənbələrini şaxələndirməyə çalışdığı birdövrdə Azərbaycan Avropa enerji bazarlarında sürətlə mühüm oyunçuyaçevrilib. Prezident Əliyevin sözlərinə görə, hazırda Azərbaycan 16dövlətə, o cümlədən Avropa İttifaqının 10 üzvünə təbii qaz ixracedir. Bu geniş şəbəkə Azərbaycanı boru kəmərləri vasitəsilə qaztəchiz edən aparıcı qlobal ölkələrdən birinə çevirir ki, bu datəhlükəsiz və etibarlı enerji infrastrukturunun ön plana çıxdığıbir bazarda mühüm fərqləndirici cəhətdir.
Bir sıra mətbu orqanları isə Azərbaycan Prezidentinin“Azərbaycan rəhbərliyi ilə səhər yeməyi“ adlı tədbirdəsöylədiklərinə, xüsusilə Azərbaycan neftinin gələcəyinə dairfikirlərinə diqqət ayırıblar. “mk.ru“, “vesti.ru“, “life.ru“,“Komsomolskaya pravda“, “Vzqlyad“ kimi portal və qəzetlərdəPrezident İlham Əliyevin Azərbaycanda ikinci neft bumunun baş verəbiləcəyinə dair fikri manşetə çıxarılıb. Qeyd edilib ki, qazhasilatının artması fonunda hazırda ölkə “qara qızıl”ın hasilatınıazaldır. Lakin neft hasilatını sabitləşdirmək, hətta artırmaqlabağlı planlar var.
Bununla yanaşı, Prezident İlham Əliyev əsas prioritetiniqtisadiyyatın şaxələndirilməsi olduğunu xüsusi vurğulayıb.Azərbaycan Prezidenti yaşıl enerjinin artan roluna diqqət çəkərəkdeyib: “2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 giqavatgüc əldə etməyi gözləyirik”.