Cənab Prezidentin "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə təltif olunması barədə səsləndirdiyi fikirlər, Azərbaycanın Cənubi Qafqazda sülhün, sabitliyin və qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində atdığı addımların beynəlxalq miqyasda yüksək qiymətləndirilməsinin göstəricisidir. Qısa zaman ərzində Azərbaycan və Ermənistan arasında münasibətlərin qarşıdurmadan əməkdaşlığa keçid etməsi, regionda tarixi sülh və qarşılıqlı etimad mühitinin yaranmasına yönəlmiş dövlət siyasətinin uğurudur.
Cənab Prezidentin "ölkə daxilində potensial risklər yoxdur" fikri isə Azərbaycanın bu gün sabitlik, təhlükəsizlik və sosial rifah baxımından regionda lider dövlətə çevrildiyini göstərir. Dövlətimizin daxili siyasəti milli həmrəyliyə, sosial ədalətə və davamlı sabitliyə söykənir. Azərbaycanın strateji baxışında regional sülh, iqtisadi inkişaf və qonşuluq münasibətlərində balanslı siyasət prioritet mövqedədir.
Eyni zamanda Cənab Prezidentin enerji təhlükəsizliyi sahəsində səsləndirdiyi fikirlər, Azərbaycanın qlobal enerji xəritəsində oynadığı mühüm rolu bir daha təsdiqlədi. Bu gün Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına malik olan və həmin ehtiyatları Avropaya, Asiyaya və Yaxın Şərqə ixrac edən yeganə dövlətdir. Prezidentin qeyd etdiyi kimi, artıq 16 ölkəyə təbii qaz ixrac olunur və onların 10-u Avropa İttifaqının üzvüdür. Bu, ölkəmizin yalnız enerji təminatçısı deyil, həm də enerji təhlükəsizliyi siyasətinin qlobal təminatçısı olduğunu sübut edir.
Cənab Prezidentin Avropa Parlamentinin qərəzli yanaşmalarına dair mövqeyi isə Azərbaycanın öz suveren siyasətinə sadiqliyinin, milli maraqlarına əsaslanan prinsipial diplomatiyasının bariz ifadəsidir. Azərbaycan artıq qərəzli dairələrin təzyiqlərinə reaksiya verməyən, müstəqil və öz yolunu müəyyən edən dövlət səviyyəsinə yüksəlib. Prezidentin sözləri ilə desək, "Avropa Parlamentinin öz mövqeyini yenidən nəzərdən keçirməsi ədalətin bərpasına xidmət edəcəkdir."
Cənab Prezidentin bu müsahibəsi, Azərbaycanın beynəlxalq aləmdə milli maraqlarını qətiyyətlə qoruyan, regionda sülhün və sabitliyin təminatçısı, enerji təhlükəsizliyinin etibarlı tərəfdaşı olan dövlət imicini daha da möhkəmləndirdi. Bu çıxış, həm də Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi müstəqil, qətiyyətli və milli maraqlara əsaslanan dövlətçilik siyasətinin uğurlu davamı olaraq tarixə düşdü".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31