Bakı. Trend:
Tibb müəssisələrində tibbi tullantıların toplanması işi müəssisərəhbərliyinin təsdiq etdiyi cavabdeh şəxs tərəfindən aparılır.
Trend xəbərverir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və EpidemiologiyaMərkəzinin həkim-gigiyenisti Sevda Talıbova açıqlayıb.
Onun sözlərinə görə, həmin şəxs müəssisədə tullantılara gündəliknəzarəti, tullantılarla işləmək qaydalarını öyrənmək, təhlükəlitullantılarla düzgün işləməyin təşkili barədə təlim keçmək vəmüvafiq sənəd (şəhadətnamə) almalıdır:
“Personala tullantılarla təhlükəsiz davranma qaydalarınınöyrədilməsi həmin tibb müəssisəsində tullantıların toplanmasınacavabdeh şəxs tərəfindən həyata keçirilir.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzitibb müəssisələrində cavabdeh şəxslərin maarifləndirilməsi,təlimlərin keçirilməsi, toplanan tibbi tullantıların çəkisi şöbə vəbölmələrdə tullantıların toplanılmasına cavabdeh şəxs tərəfindəntərəzi ilə ölçülərək qeydiyyata alınmasına, müəssisə üzrə təyinedilmiş cavabdeh məsul şəxs tərəfindən nəzarət tədbirləri həyatakeçirilərək şöbə və bölmələrdən kənarlaşdırılması üçün toplanantullantıların ümumi cəmi hesablanmalı və müqavilə bağlanmış fizikivə ya hüquqi şəxsə təhvil verilməsinə müvafiq qaydadasənədləşdirilməsinə nəzarət edir”.