AZ

Tibbi tullantılar necə idarə olunur? - Səhiyyə Nazirliyi

Bakı. Trend:

Dövlət Sanitariya Orqanı tibb müəssisələrində tibbitullantıların toplanması, düzgün çeşidlənməsi,zərərsizləşdirilməsi, qeydiyyatının aparılması, tibb müəssisəsidaxilində müvəqqəti saxlanması və daşınması işinin təşkilinənəzarət edir.

Trend xəbərverir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və EpidemiologiyaMərkəzinin həkim-gigiyenisti Sevda Talıbova açıqlayıb.

Onun sözlərinə görə Səhiyyə Nazirliyi Respublika Gigiyena vəEpidemiologiya Mərkəzi tibb müəssisələrində tibbi tullantılarınidarə olunması işinin təşkilində cavabdehlik daşıyan şəxslərinmaarifləndirilməsi, onlara təlimlərin keçirilməsi, sertifikatlarlatəmin olunmasında iştirak edir:

“Müəssisə daxilində tibbi tullantıların idarə olunması işindəsanitariya-gigiyenik və əksepidemik rejimin gözlənilməsindəmüəssisə rəhbərliyi məsuliyyət daşıyır və bu işə nəzarət dəgigiyena və epidemiologiya mərkəzləri tərəfindən həyata keçirilir.Tibb müəssisələri onlarda əmələ gələn tibbi tullantıların illikhesabatını hazırlayaraq Səhiyyə Nazirliyinə təqdim edir. Hesabatdail ərzində əmələ gələn tibbi tullantıların aid olduqları siniflər,siniflər üzrə kiloqramla miqdarı qeyd edilir. Mövcud məlumatlarrespublika üzrə elektron informasiya sisteminə daxil edilir”.

Həkim-gigiyenist qeyd edib ki, bununla yanaşı, maarifləndiriciçap materialları, buklet, flayerlər müəssisələrə paylanılır:

“Tibb müəssisələrində tibbi tullantıların idarə olunmasındacavabdeh olan şəxslərlə daim əlaqə saxlanılır, onları maraqlandıransuallar operativ olaraq cavablandırılır. Əmələ gələn tibbitullantıların Vahid Səhiyyə İnformasiya Sistemində Tibbi TullantıModulunda aktiv qeydiyyatın aparılması və bu məlumatların SəhiyyəNazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindəntəsdiqi işləri həyata keçirilir”.

Seçilən
133
3
az.trend.az

4Mənbələr