Yevlaxda dəm qazından zəhərlənməsindən bir nəfər ölüb, 4 nəfər xəstəxanaya yerləşdirilib.
Redaktor.az "Qafqazinfo"ya istinadla məlumat verir ki, hadisə şəhər ərazisində baş verib.
Belə ki, şəhər sakini, 1959-cu il təvəllüdlü İsmayılov Məhəmməd zəhərlənmədən vəfat edib, dörd nəfər isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.