AZ

SENSASİON İDDİA: İran qitələrarası ballistik raket atdı, Sibirdəki HƏDƏFİ VURDU

İran 10 min kilometr mənzilli qitələrarası ballistik raketin (ICBM) ilk sınağını həyata keçirib.

Publika.az xəbər verir ki, iddialara görə, sınaq Semnan şəhəri yaxınlığında baş tutub və raket Rusiyanın razılığı ilə Sibirdə müəyyən edilmiş əraziyə yönəldilib.

Bu arada Atlaspress.news-in yaydığı məlumata əsasən, İranda bəzi yerli media orqanları ölkənin ABŞ ərazisinə çata bilən qitələrarası ballistik raketi uğurla sınaqdan keçirdiyini iddia ediblər. Bildirilir ki, sınaq Rusiya hökuməti ilə koordinasiya şəraitində həyata keçirilib və raketin düşmə nöqtəsi Sibirin ərazilərindən biri olub.

Lakin yayılan məlumatlar indiyədək rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Sınağın texniki xüsusiyyətləri, eləcə də dəqiq vaxtı barədə əlavə detallar açıqlanmayıb.

İran və Rusiya rəsmiləri məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.

Seçilən
41
2
publika.az

3Mənbələr