AZ

İngilis və ispan klubları qələbə qazanıb - UEFA Çempionlar Liqası

Bakı. Trend:

Almaniyanın "Bavariya" klubu ilə Belçikanın “Yunion” klubuarasında UEFA Çempionlar Liqasının yeddinci turunun oyunu başaçatıb.

Trend-inməlumatına görə, komandalar Almaniyanın Münhen şəhərindəki “ArenaMünchen” stadionunda qarşılaşıb.

Meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.

“Bavariya”nın hücumçusu Harri Keyn 52-ci dəqiqədə hesabı açıb.Keyn 55-ci dəqiqədə penaltidən ikinci qolunu vurub.

Turun digər oyununda “Liverpul” Fransada “Marsel”in qonağı olub.Qonaqlar matçda 3:0 hesabı ilə qalib ayrılıblar.

“Nyukasl Yunayted” doğma meydançada PSV-ni sınağa çəkib. Oyunmeydan sahiblərinin böyükhesablı qalibiyyəti ilə yekunlaşıb –3:0.

Çexiyada keçirilən “Slaviya” – “Barselona” matçı məhsuldar olub.Qonaqlar 4:2 hesabı ilə qələbə qazanıblar.

“Yuventus” Turində “Benfika”nı qəbul edib. İtaliyalılar matçdan2:0 hesabı ilə qalib ayrılıblar.

55-ci dəqiqədə “Yuventus”un yarımmüdafiəçisi Kefren Türam-Yulyenkomandasını hesabda irəli çıxarıb. 64-cü dəqiqədə Veston MakkenniTurin təmsilçisinin üstünlüyünü ikiqat artırıb.

İngiltərədə “Çelsi” və Kiprin “Pafos” klubu üz-üzə gəlib. Matçİngiltərə klubunun minimal hesablı qələbəsi ilə bitib – 1:0.

Oyunun yeganə qolunu 78-ci dəqiqədə Moyses Kaysedo vurub.

“Atalanta” öz meydançasında “Atletik Bilbao” ilə qarşılaşıb.Oyun İspaniya təmsilçisinin qələbəsi ilə qurtarıb – 3:2.

Seçilən
125
3
az.trend.az

10Mənbələr