AZ

Bəhlul Mustafazadə: Penalti epizodunda çox məyus idim, matçın gedişində qol vurmağı düşünürdüm

Bakı, 22 yanvar, AZƏRTAC

Penalti epizodunda çox məyus idim, matçın gedişində qol vurmağı düşünürdüm.

Bu sözləri "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə AZƏRTAC-ın əməkdaşının da iştirak etdiyi müsahibədə deyib.

"Ayntraxt"la matçda fərqlənməklə Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu Bəhlul fikirlərinə belə davam edib: "Əsas olan komandamın qələbəsidir. "Ayaks"la oyunda sonra haqlı tənqidlər var idi. Amma biz toparlanmağı bacardıq. Qarşıda "Liverpul"la ağır oyun bizi gözləyir. Rəqib haqqında geniş danışmağa ehtiyac yoxdur. Lakin biz ora xal və ya xallar qazanmağa gedəcəyik".

Seçilən
165
1
azertag.az

4Mənbələr