Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün Liqa mərhələsində 7-ci tura yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 9 oyun baş tutub.
Azərbaycan çempionu “Qarabağ” doğma meydanda Almaniyanın “Ayntraxt” (Frankfurt) kollektivi ilə üz-üzə gəlib və möhtəşəm qələbəyə sevinib.
ÇL-in Liqa mərhələsinin son turunda “Qarabağ”ın rəqibi olacaq “Liverpul” səfərdə Marsel “Olimpik”ini 3 cavabsız qolla məğlub edib.
Türkiyə çempionu “Qalatasaray” evdə Madrid “Atletiko”su ilə bərabərə qalıb. Almaniya nəhəngi “Bayern” evdə “Yunion”u məğlub edibsə, “Barselona” Çexiyada “Slaviya”nı yenib. “Yuventus” da evdə “Benfika” üzərində qələbəyə sevinib.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 7-ci tur
21 yanvar
Qarabağ (Azərbaycan) – Ayntraxt (Frankfurt, Almaniya) 3:2
Qollar: Kamilo Duran, 4; 80. Bəhlul Mustafazadə, 90+4 – Can Uzun, 10. Fares Şaibi, 78-pen.
Qalatasaray (Türkiyə) – Atletiko (İspaniya) 1:1
Qollar: Lyorente, 20-öz qapısına – C.Simeone, 4.
Çelsi (İngiltərə) – Pafos (Kipr) 1:0
Qol: Kaysedo, 78.
Atalanta (İtaliya) – Atletik (İspaniya) 2:3
Qollar: Skamakka, 16. Krstoviç, 88 – Quruseta, 58. Serrano, 70. Navarro, 74.
Yuventus (İtaliya) – Benfika (Portuqaliya) 2:0
Qollar: K.Türam, 55. Makkenni, 64.
Slaviya (Praqa, Çexiya) – Barselona (İspaniya) 2:4
Qollar: Kusey, 10. Levandovski, 44-öz qapısına – Fermin, 34; 42. Olmo, 63. Levandovski, 71.
Olimpik (Marsel, Fransa) – Liverpul (İngiltərə) 0:3
Qollar: Soboslai, 45+1. Rulyi, 72-öz qapısına. Qakpo, 90+3.
Nyukasl (İngiltərə) – PSV (Niderland) 3:0
Qollar: Vissa, 8. Qordon, 30. Barnes, 65.
Bayern (Almaniya) – Yunion (Belçika) 2:0
Qollar: H.Keyn, 52; 55-pen.
