AZ

İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər beynəlxalq mətbuatda geniş işıqlandırıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında və “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi“ adlı tədbirdə söylədiyi fikirlər beynəlxalq mətbuat tərəfindən geniş işıqlandırılıb.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, Avropanın müxtəlif ölkələrinin, Rusiyanın və ərəbdilli ölkələrin media orqanları Azərbaycan Prezidentinin “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasındakı çıxışına istinadən məqalələr hazırlayıblar. Məqalələrdə ilk növbədə Ermənistan və Azərbaycan arasında artıq arxada qalmış müharibədən sonra regionda yaranmış yeni reallıqlar, iki ölkə arasında gələcəyə yönəlmiş baxışlar diqqət mərkəzində dayanıb.

Türkiyənin “Anadolu“, “İhlas“ xəbər agentlikləri, Rusiyanın “Kommersant“, “Komsomolskaya pravda“, “Vedomosti“, “Vesti“, “Qazeta“ qəzet və portalları, “TASS“ xəbər agentliyi, ərəbdilli “lebanon24“, “Al bayader“ portalları” Prezident İlham Əliyevin çıxışına istinadla Azərbaycanın və Ermənistanın müharibə fəslini bağladığını qeyd ediblər. Dövlətimizin başçısı qeyd edib ki, otuz il əziyyət çəkmiş ölkənin lideri olaraq lazımi vaxtda dayanmaq olduqca məsuliyyətli və vacib qərar idi. Sonsuz müharibələr daha çox əziyyət və qurbanlar ilə nəticələnəcəkdi. “Beləliklə, müharibə heç vaxt bitməyəcəkdi. Kimsə bunu dayandırmalı idi və biz buna son qoymaq qərarına gəldik. Bəli, həmin fəsli bağlamaq və sülh üçün imkanları görməklə bağlı qərar Azərbaycan və Ermənistan liderlərinin birgə qərarı idi”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Seçilən
125
2
publika.az

5Mənbələr