AZ

İlham Əliyev “Qarabağ” futbol klubunun qələbəsi ilə bağlı paylaşım edib FOTO

ain.az, Milli.az saytına istinadən bildirir.

Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun "Ayntraxt" futbol klubu üzərində qələbə qazanması münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

"Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm! Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.

Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!"Milli.Az

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
36
39
news.milli.az

10Mənbələr