
2026-cı ilin ilk “X” sinifli partlayışından sonra 19 yanvar axşamı Yer kürəsində başlayan və 42 saat davam edən maqnit fırtınası başa çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
İnstitutun məlumatına görə, Yerin maqnit sahəsinin pozulma dərəcəsi “sakit” səviyyədədir.