AZ

Məşhur müğənni balkondan düşüb öldü

Türkiyədə 48 yaşlı opera müğənnisi ehtiyatsızlıq nəticəsində həyatını itirib. Metbuat.az xəbər verir ki, dəhşətli hadisə İstanbulda baş verib. İstanbul Opera və Balet Teatrının solisti Emrah Erdem Gedik Bahçelievler rayonundakı 13 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən evinin balkonundan düşərək faciəli şəkildə ölüb. Müğənnini xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma başlayıb.

Qeyd edək ki, türk xalq musiqisinin önəmli simalarından olan Emrah Erdem Gedik 20 ildən çoxdur İstanbul Opera və Balet Teatrında çalısırdı.

Seçilən
98
21
metbuat.az

10Mənbələr