AZ

1 gündə 500-ə yaxın sığorta hadisəsi qeydə ALINDI

Ajans.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat yayıb. Bildirilib ki, 20 yanvar 2026-cı il tarixdə baş vermiş sığorta hadisələri ilə bağlı 7 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 484 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 403-ü “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 76-sı “Kasko” sığorta növü, 4-ü “Daşınmaz əmlakın icbari sığortası” növü, 1-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.
Seçilən
72
4
Ajans.az

10Mənbələr