AZ

Zelenski Davosa getməyəcək?



Ukrayna prezidenti Volodimir Zelenskinin Davosa gedəcəyi hələ dəqiq deyil.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Zelenskinin Ofisi məlumat verib. Volodimir Zelenskinin Kiyevdə olduğu və Davosa səfər etmək niyyətini açıqlamadığı bildirilib.

Məlumata görə, Zelenski Kiyevdə enerji məsələləri ilə bağlı görüş keçirib. Yanvarın 20-də o, hazırda Davosa getməyi planlaşdırmadığını, lakin yenə də fikrini dəyişə biləcəyini demişdi.

Yerli medianın məlumatına görə, Ukrayna üzərində qüvvədə olan uçuş qadağan zonası səbəbindən Zelenski Kiyevdən Davosa uça bilmir. O, yalnız Polşada təyyarəyə minə bilər, lakin ora maşınla və ya qatarla səyahət bir neçə saat çəkəcək. Ardınca isə İsveçrəyə iki saatlıq uçuş olacaq.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Davosda çıxışı zamanı yanvarın 21-də Zelenski ilə görüşəcəyini açıqlamışdı.

Anar
Seçilən
19
newscenter.az

1Mənbələr