AZ

Paşinyan Azərbaycanla sülh sayəsində Ermənistanda dizel yanacağı qiymətinin endirildiyini elan etdi

Bakı. Trend:

Ermənistanda dizel yanacağının qiyməti Azərbaycanla sülhsayəsində düşüb.

Trend xəbər verir ki, BunuErmənistanın Baş naziri Nikol Paşinyan bu gün Milli Məclisdəhökumət saatında deyib.

Onun sözlərinə görə, sülhün daha da möhkəmləndirilməsi və təsisedilməsi üzrə diplomatik işlər davam edir. Baş nazir tərəflərinritorikasından başlayaraq, münasibətlərdə son dövrdə baş verənatmosfer dəyişikliyinin sənədləşdirilməsini təklif edib.

"Bu gün öyrəndim ki, Ermənistanın yanacaq bazarında dizelyanacağının qiymətləri 20 faiz düşüb. Mən bunu, digər şeylərləyanaşı, kənd təsərrüfatı işləri fonunda qiymətləndirməyi təklifedirəm", - deyə Paşinyan bildirib.

Qeyd edək ki, 9 yanvar 2026-cı il tarixində Biləcəristansiyasından Ermənistana ümumilikdə 2698 ton neft məhsulları (48vaqon), o cümlədən 1742 ton Aİ-95 benzini və 956 ton dizel yanacağıgöndərilib.

Daha əvvəl, 18 dekabrda Ermənistana 1220 ton Aİ-95 avtomobilbenzini də göndərilib.

Seçilən
155
4
az.trend.az

5Mənbələr