AZ

Əfqanıstan Tacikistan sərhədində atışma 4 ölü

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Əfqanıstan-Tacikistan sərhədində insident yaşanıb.

525.az xəbər verir ki, bu barədə Tacikistan Sərhəd Mühafizə Birliyi məlumat yayıb.

Bildirilib ki, Əfqanıstandan ölkəyə qeyri-qanuni yollarla girməyə cəhd edən silahlı şəxslərlə Tacikistan sərhəd təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib. İnsident zamanı 4 silahlı dəstə üzvü öldürülüb, onlara məxsus çoxlu sayda silah-sursat hadisə yerində ələ keçirilib.

Açıqlamada sərhəddə təhlükəsizliyin təmin olunduğu və hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

Qeyd edək ki, bu, son iki ayda Tacikistan-Əfqanıstan sərhədində sərhəd təhlükəsizlik qüvvələri ilə ölkə ərazisinə qeyri-qanuni soxulmağa cəhd edən silahlı dəstələr arasında üç toqquşmadır.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
76
525.az

1Mənbələr