AZ

Tramp Azərbaycan və 49 ölkəyə dəvət göndərdi, 35-i razılaşdı

Tramp

ABŞ Prezidenti Donald Trampın dəvət etdiyi 50 dünya liderindən təxminən 35-i Vaşinqtonun yaratmaq istədiyi Sülh Şurasına qoşulmaq niyyətlərini açıqlayıb.

Bu barədə jurnalistlərə Donald Trampı Davosa səfəri zamanı müşayiət edən ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi bildirib.

“İndiyə qədər təxminən 35 dünya lideri Sülh Şurasına qoşulmaq barədə razılıq verib. Təxminən 50 dəvətnamə göndərilib”, - o vurğulayıb.

Xatırladaq ki, Donald Tramp Azərbaycanı da Sülh Şurasına dəvət edib və bu, rəsmi Bakı tərəfindən qəbul olunub.

Seçilən
33
2
xalqcebhesi.az

3Mənbələr