AZ

AZAL təyyarə qəzası ilə bağlı yekun hesabat xarici ekspertizalardan sonra dərc ediləcək-Nurlan Sauranbayev

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat xarici laboratoriyaların ekspertizalarından sonra dərc olunacaq. Bunu  Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev bildirib

Onun sözlərinə görə, faciə ilə bağlı yekun hesabat xarici laboratoriyalardan əldə ediləcək məlumatlar alındıqdan sonra hazırlanacaq.

"Nümunələr əvvəlcə Rusiya və Azərbaycan tərəflərinə təqdim edilib, daha sonra Azərbaycan onları xarici ekspertlərə göndərib.  Avionika üzrə modul blok isə ekspertiza üçün ABŞ-dakı istehsalçı şirkətə göndərilib",- o bildirib.

Aytac Zeynalova

Seçilən
98
1
anews.az

2Mənbələr