AZ

XİN və ADA Universiteti gənc diplomatları sertifikatlarla təltif etdi (FOTO)

Bakı. Trend:

21 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Xariciİşlər Nazirliyinin və ADA Universitetinin birgə təşkilatçılığı iləhəyata keçirilən gənc diplomatlar üçün Qabaqcıl Xarici SiyasətProqramının məzun günü baş tutub.

Trend xəbər verir ki, bubarədə XİN məlumat yayıb.

Məzun günündə Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov, ADA Universitetinin rektoru səfir Hafiz Paşayev,XİN-in struktur bölmə rəhbərləri, gənc diplomatlar iştirakediblər.

Tədbirdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev,həm səfir olduğu dönmədə, həm də indiki vəzifəsi çərçivəsində əldəetdiyi təcrübəsini iştirakçılarla bölüşüb. Bir sıra faydalıtövsiyələr verib və gənc diplomatlara fəaliyyətlərində uğurlar arzuedib.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının xarici işlərnaziri Ceyhun Bayramov, çoxmərhələli imtahan prosesi nəticəsindədiplomatik xidmətə qəbul olunmuş gənc diplomatları Qabaqcıl XariciSiyasət Proqramının məzunu olmaları münasibətilə təbrik edib,onlara fəaliyyətlərində uğurlar arzulayıb. Hazırkı dövrdətransformasiyaya uğrayan beynəlxalq münasibətlər sistemindəölkəmizin milli maraqlarına əsaslanan Prezident İlham Əliyevinmüəyyən etdiyi xarici siyasət kursunun irəlilədilməsindədiplomatların üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub. Buistiqamətdə, nazir Ceyhun Bayramov bu kimi çağırışların öhdəsindəngəlmək üçün diplomatların bilik və bacarıqlarının artırılmasınınvacib olduğunu vurğulayıb. Nazir diplomatlara öz tövsiyələriniverib.

ADA Universitetinin prorektorunun müşaviri, İnkişaf vəDiplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva vəAzərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kadrlaridarəsinin rəisi Raman Məmmədov çıxış edərək 2025-ci ildə təşkilolunmuş Qabaqcıl Xarici Siyasət Proqramının məzmunu, müxtəlifsahələr üzrə təşkil olunmuş təlimlər və səfərlər haqqında ətraflıməlumat veriblər. Proqramın məzmununun bundan sonra datəkmilləşdirilməsi istiqamətində addımların davam etdiriləcəyidiqqətə çatdırılıb.

Sonra proqram iştirakçıları arasında seçilmiş iki nəfər gəncdiplomat çıxış edərək proqram haqqında fikir və təəssüratlarınıdiqqətə çatdırıb, habelə proqram təşkilatçılarına öz təşəkkürlərinibildiriblər.

Sonda gənc diplomatlar Proqramda iştirakları ilə bağlısertifikatlarla təltif olunublar.

XİN
XİN
XİN
XİN
XİN
XİN
XİN
XİN
XİN
Məqalədə:
Seçilən
24
4
az.trend.az

5Mənbələr