AZ

İlham Əliyev Davosda israilli həmkarı ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrailin Prezidenti İsxak Hersoqla görüşüb.

Busaat.az xəbər verir ki, söhbət zamanı İsxak Hersoqun Azərbaycana səfərləri və dövlət başçısı ilə görüşləri məmnunluqla xatırlanıb.

Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulanıb.

İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib.

Azərbaycan və İsrail prezidentləri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Seçilən
16
49
busaat.az

10Mənbələr