Lerik rayonunda tanınmış pedaqoq vəfat edib.
Ölkə.az-ın məlumatına görə, uzun illər təhsil sahəsində fəaliyyət göstərmiş, hazırda təqaüddə olan coğrafiya müəllimi, Respublikanın Əməkdar müəllimi Rəsul Cahangirov dünyasını dəyişib.
Rəsul Cahangirov illər boyu Lerikdə pedaqoji fəaliyyəti ilə seçilib, yüzlərlə şagirdin yetişməsində mühüm rol oynayıb. O, təhsilin inkişafına verdiyi töhfələrə görə “Respublikanın Əməkdar müəllimi” fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.
Həmidə İbrahimova