ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
ATV-nin "Kəlmə-Kəlməyə” meyxana şousu bu həftə də bir söz ustadı ilə yollarını ayırıb.
Qaynarinfo xəbər verir ki, ev sahibi kimi çıxış edən meyxanaçı Cəlil Əliyev, doğma meydanda rəqibi Rəşad Həkimini məğlub edərək növbəti mərhələyə yüksəlib.
Belə ki, söz ustadları açılan qafiyələrdə öz bacarıqlarını maksimum ortaya qomağa çalışıblar. Həm söz, həm də səs vermədə qalib gələn Cəlil Əliyev "Meyxananın Çempionlar Liqası”nda ¼ mərhələyə yüksələrək Şəhriyar Hacıyevə rəqib olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.