“Azərsun Holdinq” ənənəsinə sadiq qalaraq növbəti illik təqvimini çap etdirib.
Publika.az xəbər verir ki, 2026-cı il üçün hazırlanan bu təqvim son illərdə futbol sahəsində qızıl dövrünü yaşayan “Qarabağ” futbol klubuna həsr olunub.
“Qarabağnamə” adı ilə nəşr edilən təqvimdə ilin hər ayı fərqli mövzu və məzmunla təqdim olunur.
“Qarabağın İmarəti” başlığı ilə başlayan təqvimdə klubun formalaşma mərhələləri əks etdirilir, Allahverdi Bağırovun baş məşqçi kimi fəaliyyəti, 2001-ci ildə “Azərsun Holdinq”in “Qarabağ”ı himayəsinə götürməsi oxucuya çatdırılır.
Təqvimdə həmçinin, holdinqin ədəbi qurucusu mərhum Abdolbari Gozalın klubun fəxri prezidenti olması, “Qarabağ”ın əfsanəvi futbolçuları, eləcə də komandanın ölkə daxilində və beynəlxalq arenada qazandığı tarixi qələbələrdən bəhs olunur.