AZ

2025-ci ildə Azərbaycandan ən çox neft idxal edən ölkələr açıqlandı

Bakı. Trend:

2025-ci ildə Azərbaycan 12,1 milyard ABŞ dollarından çox dəyərdətəxminən 23,4 milyon ton xam neft və neft məhsulları ixracedib.

Bu haqda TrendDövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bugöstərici dəyər ifadəsində 2,3 milyard dollar (16,2 faiz) azalıb,həcm baxımından isə 215 min ton (0,9 faiz) artıb.

Yanvar-noyabr ayları üzrə ən çox Azərbaycan neftini idxal edənölkələrin ilk üçlüyündə birinci yerdə İtaliya (13,1 milyon ton, 6,7milyard dollar) yer alır, ardınca Çexiya (1,4 milyon ton, 742,2milyon dollar) və Xorvatiya (1,3 milyon ton, 666,6 milyon dollardançox) gəlir.

Aşağıdakı cədvəldə 2025-ci ildə Azərbaycandan ən çox xam neft vəneft məhsulları idxal edən ölkələrin ilk onluğu göstərilib.

Ölkə

İdxal həcmi

İdxal dəyəri (ABŞ dolları ilə)

İtaliya

13 111 475,61

6 727 698 250

Çexiya

1 405 059,25

742 159 080

Xorvatiya

1 255 021,16

666 587 010

Rumıniya

1 122 055,58

598 454 150

Almaniya

956 716,48

502 018 650

Portuqaliya

803 374,35

430 730 820

Yunanıstan

702 354,87

367 729 040

Böyük Britaniya

648 255,19

336 954 560

İrlandiya

577 056,93

289 696 230

Tunis

432 028,56

227 895 520

Qeyd edək ki, Azərbaycandan neft qonşu ölkələrə və dünyabazarlarına üç boru kəməri vasitəsilə nəql olunur:Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC). HazırdaBakı–Supsa boru kəməri ilə nəql prosesi dayandırılıb.

Məqalədə:
Seçilən
70
4
az.trend.az

5Mənbələr