AZ

Qrup dietlərinə aldanmayın – Səhiyyə Nazirliyinin mütəxəssis-elspertindən xəbərdarlıq

Bakı. Trend:

Qrup diet proqramları son illərdə geniş yayılmış və xüsusiləsosial şəbəkələr, fitness mərkəzləri və onlayn platformalarvasitəsilə populyarlıq qazanıb.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı nazirliyinmütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə göə bu proqramların əsas məqsədi insanların eyniqida rejiminə əməl etməklə, çəkilərinin azalması və ya sağlam həyattərzinə keçidini təmin etməkdir:

“Qrup daxilində motivasiya və nəzarət hissi bəzi insanlar üçünmüsbət təsir göstərsə də, elmi baxımdan bu cür standartlaşdırılmışyanaşmalar hər bir fərd üçün təhlükəsiz və uyğun hesab ediləbilməz. İnsan orqanizmi fərdi xüsusiyyətlərə malik mürəkkəb birsistemdir. Yaş, cins, genetik faktorlar, maddələr mübadiləsininsürəti, fiziki aktivlik səviyyəsi, hormonal vəziyyət və mövcudxroniki xəstəliklər gündəlik qida ehtiyacını müəyyən edən əsasamillərdir. Qrup diet proqramlarında isə adətən bu fərdi fərqlərnəzərə alınmır və hamı üçün eyni kalorili, eyni tərkibli qida planıtətbiq olunur”.

Mütəxəssis-ekspert bildirib ki, nəticədə bəzi insanlarda enerjiçatışmazlığı, protein defisiti, eləcə də vitamin və mineralyetərsizliyi inkişaf edə bilər.

Seçilən
101
5
az.trend.az

10Mənbələr