AZ

Ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası layihəsi davam etdirilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəyi ilə 2010-cu ildən başlayan “Azərbaycan Respublikasında ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası” layihəsi çərçivəsində 2025-ci ilədək ümumilikdə 443 baş ceyran tarixən yaşadıqları təbii arealları olan Ağgöl, Abşeron milli parkları, Korçay Dövlət Təbiət Qoruğu, Qax Dövlət Təbiət Yasaqlığı, Cəbrayıl, Naxçıvan, Samux rayonları ərazilərinə reintroduksiya olunub. 
Reintroduksiya olunan ceyranlar təbii ərazilərdə tarazlığın bərpasına, biomüxtəlifliyin zənginləşməsinə və ekosistemlərin davamlı inkişafına mühüm töhfə verməkdədir. Həyata keçirilən ardıcıl mühafizə tədbirləri nəticəsində ceyranların yeni mühitə uyğunlaşması uğurla təmin olunmuş, populyasiyanın artımı və sabitliyi müşahidə edilmişdir. Hazırda layihə davam etdirilir.
Seçilən
19
ekologiya.az

1Mənbələr