AZ

Kirayə gəlirlərindən vergi ödəməyən şəxsləri nə gözləyir? - Hüquqşünas açıqladı

Evini kirayə verən şəxslərin gəlirlərinin vergiyə cəlb olunması məsələsi son dövrlərdə cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Kirayə gəlirlərinin qeydiyyata alınması və vergilərin düzgün ödənməsi həm dövlət büdcəsinə əlavə vəsait gətirir, həm də ədalətli vergi sistemi yaratmağa xidmət edir. Eyni zamanda, bu proses kirayəçilər və ev sahibləri arasında şəffaflığın artırılmasına imkan verir.  Bəs, mülk sahibləri vergidən yayındığı halda onları hansı cəza gözləyir? 

Mövzu ilə bağlı Missiya.Az-a danışan hüquqşunas Ramil Süleymanov məsələyə aydıqlıq gətirib.

O bildirib ki, 2026-cı ilin 1 yanvarından etibarən vergi məcəlləsinə edilən dəyişikliklərə görə, fiziki şəxslər əmlaklarını kirayə və ya icarəyə verdikdə 10% həcmində vergi ödəyəcəklər:

"Eyni zamanda, mənzilini kirayə və ya icarəyə verən şəxslər mütləq şəkildə vergi orqanında qeydiyyatdan keçməlidirlər. Qeydiyyata alınmaq üçün ərizə təqdim etməyən şəxslər 200 manat məbləğində cərimə ödəyəcəklər. Əvvəl bu cərimə 40 manat idi",- deyə o qeyd edib.

Hüquqşünas vurğulayıb ki, bundan sonra əgər şəxs əldə etdiyi gəlir üzrə vergini ödəməz və ya hesabat təqdim etməzsə, hesabatın təqdim edilməməsinə görə 40 manat məbləğində cərimə tətbiq olunacaq.

"Eyni zamanda, büdcəyə çatmalı olan ödənişin 50%-i miqdarında əlavə cərimə tətbiq ediləcək",- deyə hüquqşünas əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
115
missiya.az

1Mənbələr