AZ

Gürcüstanda ova gedib itkin düşən 83 yaşlı azərbaycanlının meyiti tapıldı

Üç gün davam edən axtarışlardan sonra Gürcüstanın Marneuli rayonunun Qızılhacılı kəndində itkin düşən 83 yaşlı Fərhad Namazovun meyiti tapılıb.

Onun cansız bədəni bu səhər axtarış aparan yerli sakinlər tərəfindən Qızılhacılıda “Qaranlıq dərə” adlanan dağ yamacının ətəyində aşkarlanıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, 83 yaşlı kişi yanvarın 18-də ov məqsədi ilə evdən çıxıb və qayıtmayıb.

Seçilən
47
23
herbiand.az

10Mənbələr