Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində ciddi yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza yanvarın 20-də axşam saatlarında Yusif Eyvazov küçəsində qeydə alınıb.
Hərəkətdə olan “Chevrolet Cobalt” markalı avtomobil “Nissan”a çırpılaraq yol kənarına aşıb. İlkin məlumata görə, qəzanın səbəbi əlverişsiz hava şəraiti olub.
Hadisə zamanı xəsarət alan olmayıb, yalnız nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Qeyd edək ki, qəza yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Oxunub 226
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.