AZ

De Vilye: Fransa Avropa İttifaqından çıxmalıdır

BAKI, 21 yanvar. TELEQRAF

“Fransa Avropa İttifaqını tərk etməli və suverenliyini gücləndirməyə başlamalıdır”.

Teleqraf xəbər verir ki, bunu müxalif “Fransa Hərəkatı” partiyasının sədri Filip de Vilye deyib.

“Çiçəklənən Avropa xəyali kabusa çevrilib. Avropa İttifaqından çıxmalıyıq”, - siyasətçi qeyd edib.

De Vilyenin sözlərinə görə, yaxın gələcəkdə Avropa İttifaqı ölə bilər:

“Çünki o, üç ölümcül xəstəlikdən əziyyət çəkir: Qrenlandiyanın statusu ilə bağlı ABŞ ilə mübahisə, kənd təsərrüfatı böhranı və Ukraynaya hərbi dəstək. Bundan əlavə, Avropa İttifaqı ABŞ üçün əlavə xərcə çevrilib, Trampın tətbiq etdiyi gömrük rüsumları fonunda hakimiyyət getdikcə Brüsselin mövqeyindən fərqli fikir bildirənləri təqib edir”.

Partiya sədrinin fikrincə, Fransa Avropa İttifaqını tərk etməli və suverenliyini qanunvericilik, məhkəmə hakimiyyəti, maliyyə siyasəti və “müharibə elan etmək hüququ”nu əhatə edən sahələrdə gücləndirməlidir.

Seçilən
44
teleqraf.com

1Mənbələr