AZ

Kəmaləddin Heydərovun vətəndaş qəbulunun vaxtı dəyişdi

BAKI, 21 yanvar. TELEQRAF

Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 23 yanvar 2026-cı il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Seçilən
57
1
teleqraf.com

2Mənbələr